Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu üçün nəzərdə tutulan biletlərin əksəriyyəti satılıb.
5, 10 və 30 manatlıq biletlər tam tükənib.
Standart qiymətlər 5, 10, 30, 40, 50, 75 manat, VIP sektorlar üçün 150, 200, 250, VVIP sektorlar üçün 500 manatdır.
Bilet satışı bu gün, saat 15:00-da start götürüb.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.