AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zədəsi sağalan Mahir Emreli əlavə testlərdən keçəcək

  • + A
  • - A
  • Dünən, 12:52

    Zədəsi sağalan Mahir Emreli əlavə testlərdən keçəcək

    Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən və zədəsi yeni sağalan Azərbaycan millisinin futbolçusu Mahir Emreli əlavə testlərdən keçəcək.

    Hazırda fərdi məşqlər edən 28 yaşlı hücumçunun 2-3 həftə sonra meydana çıxa biləcəyi gözlənilir.

    M.Emreli ötən ilin noyabrında "Herta" ilə keçirilən oyunda zədələnib. O, mövsümün ilk yarısında II Bundesliqada cəmi 4 matçda meydanda olub. Forvardın adı həmçinin bir neçə qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.

    Qeyd edək ki, Mahir Emrelinin "Kayzerslautern"lə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR