AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İslam Məhəçev orta çəki kateqoriyasında karyerasını davam etdirəcək

  • + A
  • - A
  • 15-01-2026, 22:33

    İslam Məhəçev orta çəki kateqoriyasında karyerasını davam etdirəcək

    UFC orta çəki (77 kq-a qədər) çempionu İslam Məhəçev artıq geri daha yüngül çəkidə (70 kq) mübarizə aparmaq niyyətində olmadığını açıqlayıb. Rusiya döyüşçüsü bildirib ki, hazırkı çəki kateqoriyasında tamamilə rahatdır.
    “Orta çəki mənə rahatdır? Düşünürəm ki, bəli. Artıq çəkini azaldıb artırmaqla məşğul olmaqdan yorulmuşam. Geri dönmək çox çətin olar. Mən bunu planlaşdırmıram. Artıq gənc deyiləm, davamlı olaraq çəki salmaq çətindir”, – deyə Məhəçev açıqlayıb.
    O, karyerasını 77 kq-a qədər olan kateqoriyada başa vurmağı planlaşdırır.
    Hazırda Məhəçev UFC-də 29 döyüş keçirib və onlardan 28-də qələbə qazanıb. Bir döyüş isə rəqibinin xeyrinə başa çatıb. Sonuncu qarşılaşmasını o, ötən ilin noyabr ayında avstraliyalı Jack Della Maddalena ilə keçirib və qələbə əldə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR