AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda Möhtəşəm Döyüş Gecəsi: “Kombat Peşəkar Döyüş Liqası” Yüksək Səviyyədə Başa Çatdı

  • + A
  • - A
  • Dünən, 12:03

    Azərbaycanda Möhtəşəm Döyüş Gecəsi: “Kombat Peşəkar Döyüş Liqası” Yüksək Səviyyədə Başa Çatdı

    Uzunmüddətli və sistemli hazırlıq mərhələsindən sonra “Kombat Peşəkar Döyüş Liqası” və kunq-fu sanda üzrə peşəkarlararası turnir yüksək təşkilatçılıq səviyyəsində uğurla başa çatmışdır. Sözügedən mötəbər idman tədbiri Arpaçay İdman Birliyinin təşkilatçılığı və Zeyd Karate Klubunun dəstəyi ilə həyata keçirilmiş, ölkədə döyüş idman növlərinin inkişafına mühüm töhfə vermişdir.

    Tədbirin keçirilməsində göstərilən yüksək diqqət və dəstəyə görə Neftçi İdman Sağlamlıq Mərkəzinin icraçı direktoru Fərəc Əliyevə, həmçinin Neftçi İSM-in baş müşaviri Sadıq Sadıqova dərin minnətdarlıq ifadə olunur.

    Eyni zamanda, yarışın təşkilati prosesində və idmançıların peşəkar hazırlığında əhəmiyyətli rol oynamış kung-fu sanda üzrə mütəxəssis Ehram Məcidovun fəaliyyəti xüsusi qeyd edilir. Xüsusilə Neftçi İSM-in yetirmələri olan Ağalar Sadıqzadə və Rauf Gərayzadənin hazırlıq mərhələsində idmançılara göstərdikləri fiziki və mənəvi dəstək yüksək qiymətləndirilir.

    Turnirin yüksək səviyyədə təşkili və uğurla başa çatmasında əməyi olan bütün tərəfdaşlara, o cümlədən kung-fu sanda rəhbərliyinə – Nurlan Aslanov, Babək Əliyev və Ehram Məcidova təşəkkür edilir. Bununla yanaşı, yarışın idarə olunmasında peşəkarlıq nümayiş etdirən hakimlər kollegiyasının fəaliyyəti xüsusi vurğulanır.

    Tədbirdə iştirak edərək idmançılara dəstək göstərən dövlət qurumlarının nümayəndələrinə, millət vəkillərinə, idman ictimaiyyətinə, eləcə də Yavər müəllimə, Əli müəllimə və Ruslan müəllimə minnətdarlıq ifadə olunur.

    Qeyd olunmalıdır ki, bu cür mötəbər idman tədbirlərinin keçirilməsi ölkədə həyata keçirilən idman siyasətinin uğurlu nəticələrinin bariz nümunəsidir. Turnir çərçivəsində əldə olunan nəticələr yalnız fərdi nailiyyətlərlə məhdudlaşmayaraq, ümumilikdə Azərbaycan idmanının inkişafı və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

    Güloğlan Cabbarlı tərəfindən bildirildiyi kimi, ölkəmizdə idmanın inkişafı, gənclərin sağlam həyat tərzinə cəlb olunması və milli idman ənənələrinin təbliği istiqamətində fəaliyyət bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir.

    Azərbaycan idmanının inkişafına göstərilən diqqət və dəstəyə görə bütün tərəfdaşlara təşəkkür edilir, gələcək fəaliyyətlərdə uğurlar arzulayırıq.











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR