PSJ-nin sabiq futbolçusu Edinson Kavani “Yuventus”a keçməkdən imtina edib.
“Sky Sport Italia” xəbər verir ki, bir neçə həftə əvvəl Turin klubu 33 yaşlı uruqvaylı hücumçu ilə əlaqə qursa da, imtina cavabı alıblar.
Buna səbəb kimi Kavaninin İtaliyanın digər klubu “Napoli”yə bağlılığıdır. O, 2010-2013-cü illərdə Neapol klubunda çıxış edib və bu müddətdə azarkeşlərin sevgisini qazanıb. Kavani məhz bu səbəbdən “Yuventus”a keçməklə onların qəzəbinə tuş gəlmək istəməyib.
Qeyd edək ki, Edinson Kavaninin PSJ ilə müqaviləsi iyunun 30-da başa çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.