“Qarabağ” klubu məşhur “Adidas” geyim şirkəti ilə əməkdaşlığın dayandırılmadığını açıqlayıb.
Bu barədə Ağdam klubu rəsmi saytı vasitəsilə açıqlama yayıb:
“Mətbuatda “Qarabağ” və “Adidas” arasında münasibətlərin pozulmasına dair məlumatlar yayılıb. Klub olaraq bəyan edirik ki, bu xəbərlər həqiqəti əks etdirmir”.
Qeyd edək ki, bu addım “Qarabağ” klubu futbolçularının avrokubok oyunlarından sonra hərbi salam verməsi və klubun mətbuat xidməti rəhbəri Nurlan İbrahimovun erməni milləti barədə yazdığı statusla əlaqələndirilirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.