İranın dövlət telekanalında İngiltərə Premyer Liqasının XXXI turunun "Tottenhem" - "Mançester Yunayted" oyununun canlı yayımı dəfələrlə kəsilib.
"Report"un məlumatına görə, buna matçın yan xətt hakiminin qadın olması səbəb olub.
Sian Messi adlı hakim meydana qaydalara uyğun olaraq, şort və dizliklə çıxıb. O, hər dəfə ekranda görünəndə telekanal "Tottenhem" stadionunun yuxarıdan çəkilmiş görüntüsünü nümayiş etdirib. Nəticədə yayım 100 dəfədən çox kəsilib.
Qeyd edək ki, görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.