21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ilk oyununa çıxıb.
Azadmedia.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Ukraynanın U-21 yığması ilə qarşılaşıb.
Kiyevdə, “Bannikov” stadionunda keçirilən qarşılaşmanın taleyini bir qol həll edib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlının vurduğu qol komandamıza bu oyunda qələbə qazandırıb.
Azərbaycan yığması turnir çərçivəsində sabah Özbəkistanın U-21 millisi ilə qarşılaşacaq.
Valeri Lobanovskinin xatirə turniri
26 may
Ukrayna – Azərbaycan 0:1
Qol: Musa Qurbanlı, 17.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.