Azərbaycan gimnastı Vladimir Dolmatov Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında yeddinci olub.
AzadMedia.az xəbər verir ki, təmsilçimizin kişilərin fərdi proqramında çıxışı hakimlər tərəfindən 21,100 xalla qiymətləndirilib.
Yarışın qalibi ispaniyalı Migel Mane olub. Proqramını uğurla təqdim edən M.Mane hakimlərdən 22,350 xal alıb.
Gümüş medalı Roman Semyonov (Rusiya, 22.200 xal), bürünc medalı isə Lukas Barboza (Braziliya, 22.150 xal) qazanıblar.
Yarışda 22 ölkədən171 gimnast birincilik uğrunda mübarizə aparır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.