2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının açılış mərasiminin keçiriləcəyi məkan bəlli olub.
Bu barədə “L'Equipe” nəşri məlumat yayıb.
Qəzetdə fransa prezidenti Emmanuel Makronun Tokioda olarkən yerli mətbuata verdiyi müsahibə dərc olunub. Burada dövlət başçısı ölkəsində keçiriləcək növbəti Yay Olimpiadasının açılış mərasiminin Sena çayı sahillərində təşkil olunacağını bəyan edib.
Makron Milli Olimpiya Komitəsi və Paris meriyası tərəfindən artıq müvafiq hazırlıq işlərinin başlandığını da bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.