AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

The National: ABŞ və İran iyun razılaşmasının yenilənmiş şərtlərini müzakirə edir

  • + A
  • - A
  • Bu gün, 15:02

    The National: ABŞ və İran iyun razılaşmasının yenilənmiş şərtlərini müzakirə edir


    ABŞ və İran arasında iyun ayında əldə olunmuş ilkin razılaşmanın yenilənməsi istiqamətində yeni şərtlər hazırlanır. Bu barədə *The National* nəşri Pakistan rəsmisinə istinadən məlumat yayıb.

    Mənbənin sözlərinə görə, tərəflər hazırda qarşılıqlı anlaşma memorandumunun yenilənmiş layihəsi üzərində işləyirlər. Yeni sənəddə əsas diqqət Hörmüz boğazında gəmi hərəkəti ilə bağlı müddəalara yönəldilib.

    Qeyd olunur ki, söhbət 17 iyun tarixində ABŞ və İran arasında əldə edilmiş memorandumdan gedir. Həmin sənəddə Hörmüz boğazında gəmiçiliyin bərpası, eləcə də hərbi əməliyyatların 60 günlük dayandırılması dövründə daimi atəşkəs üzrə danışıqların aparılması üçün əsas prinsiplər əks olunmuşdu.

    Məlumata görə, Pakistan danışıqlarda vasitəçi rolunu oynayaraq Vaşinqton və Tehran arasında mesajların ötürülməsini təmin edir. Qətər və Oman da tərəflər arasında kommunikasiya və təkliflərin mübadiləsinə dəstək verən vasitəçilər sırasındadır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR