AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Floridada qeyri-adi restoran: Qonaqlar naharı tam çılpaq vəziyyətdə edir

  • + A
  • - A
  • Bu gün, 15:40

    Floridada qeyri-adi restoran: Qonaqlar naharı tam çılpaq vəziyyətdə edir

    ABŞ-ın Florida ştatının Hollivud şəhərində fəaliyyət göstərən C.L.A.S.S. Soirée Steakhouse restoranı müştərilərinə fərqli gastronomik təcrübə təqdim etməyə başlayıb. Restoran hər ayın ilk bazar ertəsi qonaqlarını tam çılpaq şəkildə şam yeməyinə dəvət edir.

    Restoranın sahibi və baş aşpazı Morad Əli bildirib ki, bu ideya müəssisəni bir dəfə naturistlər qrupunun öz tədbiri üçün icarəyə götürməsindən sonra yaranıb. Onun sözlərinə görə, güclü rəqabət şəraitində fərqlənmək üçün bu formatı daimi etmək qərarına gəlib.

    “Restoran biznesində artıq sadəcə yaxşı yemək hazırlamaq kifayət etmir. Hər kəsdə "New York" steyki, ribay və keyfiyyətli yeməklər var. Biz fərqlənməli idik”, – deyə Morad Əli qeyd edib.

    Restoranın xüsusi tədbiri maksimum 20 qonaq üçün nəzərdə tutulub. Menyuya yüngül qəlyanaltılar, ət və dəniz məhsullarından ibarət **surf 'n' turf** əsas yeməyi, həmçinin bir qədəh şampan daxildir.

    İştirak haqqı isə qonaqların statusuna görə dəyişir:

    Kişilər üçün – 250 ABŞ dolları
    Qadınlar üçün – 150 ABŞ dolları
    Cütlüklər üçün – 300 ABŞ dolları

    Hollivud şəhər administrasiyası restoranın fəaliyyətinin qanunvericiliyə uyğun olduğunu açıqlayıb. Rəsmilərin sözlərinə görə, xidmət personalı tam geyimli işlədiyi üçün tədbir mövcud qaydaları pozmur.

    Gigiyena və rahatlıq məqsədilə hər bir qonağa oturacaq üçün yastıq, dizləri örtmək üçün kiçik dəsmal və xalat təqdim olunur. Lakin restoran rəhbərinin sözlərinə görə, əksər ziyarətçilər xalatdan ya girişdə imtina edir, ya da qısa müddət sonra onu çıxarırlar.

    Morad Əli bildirib ki, bu format qısa zamanda böyük maraq qazanıb və restoranı digərlərindən fərqləndirən əsas xüsusiyyətə çevrilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR