AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çin ABŞ təşkilatlarına qarşı cavab tədbirləri tətbiq edib

  • + A
  • - A
  • Bu gün, 15:26

    Çin ABŞ təşkilatlarına qarşı cavab tədbirləri tətbiq edib


    Çin Ticarət Nazirliyi ABŞ-ın altı təşkilatına qarşı cavab tədbirlərinin tətbiq olunduğunu açıqlayıb. Bu barədə **Sinxua** agentliyi məlumat yayıb.

    Nazirliyin bəyanatına görə, qərar çərşənbə günündən qüvvəyə minib və ABŞ-ın Çin şirkətlərinə "məcburi əmək" iddiaları əsasında tətbiq etdiyi sanksiyalara cavab olaraq qəbul edilib. Cavab tədbirləri tətbiq olunan qurumlar arasında **Applied DNA Sciences** şirkəti də yer alır.

    Çin Ticarət Nazirliyi bildirib ki, ABŞ-ın bu addımları beynəlxalq hüququ və beynəlxalq münasibətlərin əsas normalarını ciddi şəkildə pozur, eyni zamanda Çinin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına zərbə vurur.

    Rəsmi Pekin vurğulayıb ki, ölkə öz qanuni hüquq və maraqlarını qorumaq üçün zəruri cavab tədbirlərini davam etdirəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR