Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" bu gün Avropa Liqasında növbəti oyununa çıxıb.
Varşava təmsilçisi C qrupunun 2-ci turunda doğma meydanda İngiltərə "Lester"ini qəbul edir. 24 yaşlı hücumçunun start heyətdə yer alıb. Mahir görüşün 31-ci dəqiqəsində hesabı açıb.
Qeyd edək ki, ilk turda Moskva "Spartak"ını 1:0 hesabı ilə məğlub edən "Legiya" hazırda C qrupunda liderdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.