Ramin Musayev: «Kişi kişini vurar da…» (MÜSAHİBƏ)
Topaz Premyer Liqasının VI turu çərçivəsində keçirilən “Qəbələ” – “Neftçi” oyunundan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bölgəyə ezam olunan jurnalistlərin suallarını cavablandırıb.
"Aztb.info" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Musayev Divizion iştirakçılarının sayından tutmuş, “Qarabağ”ı n ÇL-dəki matçınadək danışıb.
- Hər iki komandanın ifasında yüksək səviyyəli futbol izlədik. Oyundan razı qaldım. Xüsusilə, “Neftçi”nin.
- Yəni, “Neftçi”dən gözlədiyiniz oyunu gördünüz?
- Bir az da vaxt lazımdır. Görmək istədiyim oyuna lap az vaxt qalıb.
- I Divizionda 10 komandanın iştirak edəcəyi bildirilsə də, hələ dəqiq rəqəm səsləndirilməyib...
- Dəqiq səsləndirirəm: 10 komanda iştirak edəcək. Qalan söz-söhbətlərə fikir verməyin.
- “Qarabağ”ı qarşıda “Roma”yla məsul oyun gözləyir...
- “Qarabağ” “06”-dır və motoru da bu markadadır, “Roma” isə BMW-dir. Ümid edək ki, BMW “06”-ya yoldaşlıq edəcək..
- Oyun başa çatdıqdan sonra “Qəbələ”nin bir futbolçusu digərini vurdu...
- İnsident yaşanıb, amma vurulmağını görməmişəm.
- Dəqiq vurub.
- Vurub, vurub da. Kişi kişini vurar da. O ki qaldı bilavasitə suala, bu, klubun daxili işidi. Belə hadisə yaşanıbsa, cəzalandırılacaq.