AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Sağlam bədəndə sağlam ruh” - respublika yarışlarının rayon birinciliyi keçirilib - FOTO

  • + A
  • - A
  • 2-11-2022, 15:13

    Masallıda “Sağlam bədəndə sağlam ruh” -  respublika yarışlarının rayon birinciliyi keçirilib - FOTO



    Azadmedia.az - Masallı Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə "Sağlam bədəndə sağlam ruh" devizi ilə idmanın kross və gimnastika növləri üzrə respublika yarışlarının Masallı rayon birinciliyi baş tutub.

    Belə ki, öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, həmçinin Dövlət Himni səsləndirilib.

    Yarışın keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği, gənclərin daxili işlər nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi, daxili işlər orqanlarında və daxili qoşunlarda xidmətə həvəsləndirilməsidir.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı​ Araz Əhmədov​ rayonda idmanın kütləviliyinin artırılmasından, gənclər arasında sağlam həyat tərzinin təbliğində bu cür tədbirlərin əhəmiyyətindən və ölkəmizdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idmana göstərdikləri hərtərəfli dövlət qayğısından danışaraq idmançılara uğurlar arzulayıb.

    Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Xudayar Kərimov çıxış edib.

    Sonra idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışlar olub.

    Yarışda müvafiq fiziki hazırlığa malik 20-25 yaş arası gənclər iştirak etmiş, onlar müəyyən olunmuş marşrut üzrə kross qaçışı və turnik hərəkətləri üzrə güclərini sınayıblar.

    Qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.
















    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR