FİFA və Super Liqanın keçmiş hakimi Bülent Yıldırımın həyat yoldaşı Bilnur Fidan Yıldırım dünyasını dəyişib.
Bunula bağlı Türkiyə Futbol Federasiyası başsağlığı mesajı paylaşıb.
TFF-nin internet saytında yayımlanan mesajda, "Keçmiş FIFA referimiz Bülent Yıldırımın həyat yoldaşı Bilnur Fidan Yıldırımın vəfat etdiyini dərin hüznlə öyrəndik. Bilnur Fidan Yıldırımın cənazəsi sabah günorta namazından sonra Fevziyə Köyü məscidində götürüləcək. Bülent Yıldırıma, ailəsinə və sevənlərinə başsağlığı və səbr diləyirik", - deyə mesajda qeyd edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.