"TNT Sports" və "Radio Itatiaia"nın braziliyalı jurnalisti Marselo Behler bildirib ki, "Barselona"nın və Braziliya millisinin sabiq müdafiəçisi Daniel Alvesin mətbuat xidməti vəkillə danışdıqdan sonra futbolçunun intihar etməsi xəbərini təkzib edib.
Futbolçunun həbsxanada intihar etməsi xəbərini braziliyalı jurnalist Paulo Albukerke yaymışdı.
Qeyd edək ki, Alves 2023-cü ilin dekabrında Barselonada gecə klubunun tualetində qıza təcavüz etməkdə təqsirli bilinib. Barselona Əyalət Məhkəməsi onu 4,5 il həbs, 5 il sınaq müddəti və 150 min avro pul cəzasına məhkum edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.