AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün gözlər Almaniyada olacaq: “Bayer” - “Qarabağ”

  • + A
  • - A
  • 14-03-2024, 09:42

    Bu gün gözlər Almaniyada olacaq: “Bayer” - “Qarabağ”

    Bu gün UEFA Avropa Liqasında 1/8 finala yekun vurulacaq.

    Azərbaycan təmsilçisi "Qarabağ" da bu gün 1/8 finalın cavab matçına çıxacaq.

    Komandamız Almaniyada yerli "Bayer"in qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 00:00 başlayacaq. Matçı ingiltərəli məşhur hakim Entoni Teylor idarə edəcək.

    Komandalar arasında Bakıda keçirilən görüşdə 2:2 hesabı qeydə alınıb. 

    Qeyd edək ki, "Bayer" bu mövsüm Avropada məğlub olmayan yeganə komandadır.  Leverkuzenlilər bütün turnirlər daxil 36 oyundur ki uduzmur.

    Xatırladaq ki, "Bayer"lə "Qarabağ" Avropa Liqasının qrup mərhələsində də rəqib olublar. Leverkuzendəki oyununda "Bayer" 5:1, Bakıdakı matçda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrupdan lider, "Qarabağ" isə 2-ci yerin sahibi kimi çıxıb.

    14 mart

    UEFA Avropa Liqası

    1/8 finalın cavab oyunu

    00:00."Bayer" (Almaniya) - "Qarabağ" (Azərbaycan)

    İlk oyun - 2:2

    Hakimlər: Entoni Teylor, Qari Besuik,  Adam Nann Endryu Medli (İngiltərə)

    Leverkuzen. "Bay-Arena"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR