Qarabağın rus qapıçısı Andrey Lunyov Rusiya mətbuatına müsahibəsində bu suala cavab verib:
“Almaniyada, düzünü desəm, sadəcə maşın və mənzil kirayələmək üçün mənə 5000 avro lazım idi. Amma Azərbaycanda xərclər bir qədər azalıb.
Deyək ki, mənzil üçün 1500 avro lazımdır. Bir maşın üçün min avro bəsdir. Uşaq bağçası üçün qəpik-quruş ödəyirəm. Benzin normal istifadə olunur. Ayda nə qədər xərcləndiyimi dəqiq söyləmək çətindir. Hamısı birlikdə təxminən 4000-5000 avroya (təxminən 8-9 min manat) çıxır”, – deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.