Portuqaliyalı baş məşqçi Joze Mourinyo Türkiyənin “Fənərbağça” klubunun yeni baş məşqçisi ola bilər.
Hazırda komandaya rəhbərlik edən İsmayıl Kartala əvəzləyici axtaran İstanbul nəhəngi 61 yaşlı mütəxəssislə danışıqlara başlayıb.
“Sarı-lacivərdlilər”in idman direktoru Mario Branko növbəti mövsüm J.Mourinyo ilə çalışmaq istədiklərini bildirib. İyun ayında baş məşqçi postuna namizədlərlə görüşəcəklərini xatırladan funksioner şərtləri müzakirə etmək üçün hazır olduqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, Joze Mourinyonun son iş yeri yanvar ayında ayrıldığı İtaliyanın “Roma” klubu olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.