AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Üzgüçülük Federasiyasının yeni vitse prezident seçildi

  • + A
  • - A
  • 14-05-2024, 17:50

    Azərbaycan Üzgüçülük Federasiyasının yeni vitse prezident seçildi

    Bu gün Azərbaycan Üzgüçülük Federasiyasında icraiyyə komitəsinin növbəti iclası baş tutub. Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə iclasda Federasiyasının 2024-cü ildə fəaliyyət planı, artıq keçirilən yarışlar, qarşıda nəzərdə tutulan yerli və beynəlxalq turnirlərdə idmançılarımızın iştirakı müzakirə olunub. Gündəlikdə olan digər bir məsələdə federasiyanın vitse prezidentinin seçilməsi idi. Üzgüçülük Federasiyasının Prezidenti Xanlar Fətiyev vitse prezident vəzifəsinə Tamerlan Abdullazadənin namizədliyini irəli sürüb. Müzakirələrdən sonra komitə üzvləri T. Abdullazadənin namizədliyini yekdilliklə dəstəkləyiblər.
    Məlumat üçün bildirək ki, T. Abdullazadə federasiyanın baş katibinin müavini vəzifəsində çalışırdı.
    Tamerlan Musa oğlu Abdullazadə 1991-ci ildə Gəncə şəhərində anadan olub.
    2009-2013-cü illərdə Beynəlxalq Münasibətlər, 2014-2018-ci illərdə isə Hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini bitirib.
    Bir sıra xarici ölkələrdə idarəetmə sahəsində proqramlara, treninq və seminarlara qatılaraq müvafiq sertifikatlar əldə edib.
    Beynəlxalq Koçluq Federasiyasının üzvüdür.
    10 ildən artıq olan müddətdə həm dövlət, həm da özəl sahələrdə rəhbər vəzifələrdə çalışıb. Rus, İngilis və Türk dillərini bilir.
    Yeni Azərbaycan Partiyasının üzvüdür.
    Son iş yeri Azərbaycan Üzgüçülük Federasiyasının baş katibin müavini olub.
    Ailəlidir- 2 övladı var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR