“Şatdaun” ABŞ iqtisadiyyatına neçə milyard ziyan vurdu?
ABŞ hökumətinin ötən il 21 dekabrdan etibarən fəaliyyətini dayandırması ölkə iqtisadiyyatına 6 milyard dollar ziyan vurub.
“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu məbləğ Meksika ilə sərhədə divar çəkilməsi üçün tələb olunan məbləğdən 300 min dollar daha çoxdur.
Qeyd edək ki, “şatdaun”un yaranmasına əsas səbəb Çeksika ilə sərhədə divar çəkilməsi üçün 5,7 milyard dolların ayrılmaması idi. Tramp buna cavab olaraq hökumətin fəaliyyətini dayandırmaq barədə qərar vermişdi.
Lakin, dünən Konqreslə ABŞ prezidenti arasındakı razılığıa əsasən Tramp hələlik tələbindən imtina edib. Lakin o, xəbərdarlıq edib ki, əgər sərhədlərin təhlükəsizliyi üzrə Nümayəndələr Palatası və Senat arasındakı ikitərəfli danışıqların nəticəsindən razı qalmasa, 15 fevralda “şatdaun” bərpa ediləcək.