AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərkivanda “Ailə, Qadın və Uşaq Problemləri Komissiyası” yaradıldı - VİDEO/FOTOLAR

  • + A
  • - A
  • Dünən, 23:36

    Ərkivanda “Ailə, Qadın və Uşaq Problemləri Komissiyası” yaradıldı - VİDEO/FOTOLAR

    Ərkivan Xeyriyyə Cəmiyyəti Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayan fəal qadınlarla görüş keçirib.

    Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri açıq elan edən Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov ölkə tarixində hər zaman xeyriyyəçilik fəaliyyəti ilə seçilən ziyalı qadınların rolundan danışıb. O, Qarabağda Xurşidbanu Natəvanın, cənub bölgəsində isə pedaqoq və xeyriyyəçi Məryəm Bayraməlibəyovanın fəaliyyətini nümunə göstərərək bu ənənənin bu gün də uğurla davam etdirildiyini qeyd edib.

    Cəfər Cəfərov vurğulayıb ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva tərəfindən icra edilən irimiqyaslı humanitar layihələr qadınların nüfuzunu daha da yüksəldir.

    Ərkivan Xeyriyyə Cəmiyyətinin fəxri prezidenti, iş adamı Məşkur Qasımov çıxışında qadınların sosial-iqtisadi həyata fəal qoşulmasının cəmiyyətin inkişafında mühüm rol oynadığını bildirib.

    Din xadimi Mirtaha Həşimov isə ailə dəyərlərinin möhkəmlənməsində anaların əvəzolunmaz rolundan danışaraq İslamın qadına verdiyi yüksək dəyəri vurğulayıb.

    Cəmiyyətin “İdman və Gənclər Komissiyası”nın sədri Sabiq Cahangirov qızların idman uğurlarından bəhs edərək, onların potensialının daha səmərəli inkişafı üçün yeni layihələrin həyata keçiriləcəyini bildirib.

    Tədbirdə çıxış edən xanımlar — Mənijə Yəhyayeva, Alagöz Gülverdiyeva, Vəsilə Cəlilova və başqaları qəsəbə qadınlarının sosial və məişət yönümlü problemlərini səsləndiriblər. Görüş diskussiya formatında davam edib, səslənən təkliflərin həlli yolları müzakirə olunub.

    Gender bərabərliyinin təşviqi, ailə dəyərlərinin qorunması, qadın və uşaq problemlərinin həlli istiqamətində fəaliyyəti gücləndirmək məqsədilə Ərkivan Xeyriyyə Cəmiyyətinin nəzdində “Ailə, Qadın və Uşaq Problemləri Komissiyası” təsis edilib.

    Yeni yaradılan komissiyaya könüllü olaraq qoşulan xanımlar qadınların cəmiyyətdə rolunun artırılması, uşaqların hüquqlarının müdafiəsi və sosial rifahın yaxşılaşdırılması yönündə fəal fəaliyyət göstərəcəklərini bildiriblər.












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR