AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Məşhur Məmmədov Masallıda şəhid ailələrinə qayğı ənənəsini davam etdirir

  • + A
  • - A
  • Bu gün, 14:35

    Millət vəkili Məşhur Məmmədov  Masallıda şəhid ailələrinə qayğı ənənəsini davam etdirir

    Deputat Məşhur Məmmədov növbəti dəfə Masallıda şəhid ailələri ilə anım mərasimlərində iştirak edib, ailələrlə birgə şəhid məzarlarını ziyarət edib.
    Bu barədə sosial şəbəkə hesabında məlumat verən deputat Məşhur Məmmədov qeyd edib ki, Böyük Kolatan kəndində, eləcə də Böyük Kolatan İnzibati Ərazi Dairəsinə daxil olan Bala Kolatan kəndində torpaqlarımızın azadlığı uğrunda canından keçmiş I və II Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, onların əziz xatirəsini ehtiramla yad edib.

    Ziyarət zamanı Məşhur Məmmədov şəhid ailələri ilə səmimi söhbətlər aparıb, onların qayğı və istəkləri ilə maraqlanıb. Ailələr dövlətin, eləcə də deputatın şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər.

    Məşhur Məmmədov vurğulayıb ki, şəhid ailələrinin sosial rifahı və mənəvi dəstəklə əhatə olunması daim diqqət mərkəzində saxlanılır. Onun sözlərinə görə, bu cür görüşlər həm ailələrin mövcud qayğılarını öyrənmək, həm də onlara mənəvi dayaq olmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

    Deputat qeyd edib ki, Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanların ailələrinə diqqət və qayğı göstərmək hər bir vətəndaşın mənəvi borcudur:

    “Şəhidlərimizin ruhu qarşısında baş əyir, ailələrinə səbir diləyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə və döyüşçülərimizə cansağlığı versin,” – deyə Məşhur Məmmədov bildirib.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR