AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rayonlarda 6 manata, Bakıda 12 manata satılan mal əti - Qiymət BAHALAŞACAQ VİDEO

  • + A
  • - A
  • 23-02-2021, 09:50

    Rayonlarda 6 manata, Bakıda 12 manata satılan mal əti - Qiymət BAHALAŞACAQ VİDEO

    Rayonlarda bir kiloqramı 6-7 manata təklif olunan dana əti paytaxtda 11-12 manata satılır. Maraqlıdır, bu qədər fərq niyə yaranır? Satıcılar bunu müxtəlif səbəblərlə izah edirlər.

    AzadMedia.az Xəzər TV-yə istinadən xəbər verir ki, mal əti 6-8, quzu əti isə 9-10 manat. Bura Bərdənin pərakəndə ət bazarıdır.

    Rayon bazarında son aylar ət 1-2 manat arasında ucuzlaşıb.

    Satıcıların sözlərinə görə, ümumiyyətlə son 4 ayda ət ucuzlaşmaqda davam edir. Hələ bundan sonra da ucuzlaşmanın olacağı istisna edilmir.

    Rayonlardan fərqli olaraq paytaxtda ət ucuzlaşmayıb. Bakıda mal ətinin qiyməti hələ də 11-12 manat arasında dəyişir.

    Satıcılar paytaxtda ətin ucuzlaşmamasını müxtəlif səbəblərlə izah edirlər.

    Satıcılar bu gedişlə hələ paytaxda ətin bir az da bahalaşacağını deyirlər. Buna səbəb son günlər benzinin və yemin qiymətinin artmasıdır. Xüsusilə də hazırda rayondan Bakıya mal gətirmə xərcləri bir qədər artıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR