AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sosial mənzil gözləyənlər üçün şad xəbər

  • + A
  • - A
  • 4-07-2017, 14:59

    Sosial mənzil gözləyənlər üçün şad xəbər

















    Azərbaycanda sosial mənzillərin tikintisi və ipoteka ilə bağlı dövlət büdcəsində nəzərdə tutulan vəsait artırılır

    Report bu barədə 2017-ci il dövlət büdcəsi haqqında qanunda dəyişikliklər edilməsi barədə layihəyə istinadən xəbər verir.

    Belə ki, 2017-ci ilin yenidən baxılan büdcəsinin “İqtisadi və kommersiya fəaliyyəti” köməkçi bölməsi üzrə nəzərdə tutulmuş 50 mln. manat məbləğində artım tam olaraq “Sosial mənzillərin tikintisi və ipoteka ilə bağlı xərclər”in payına düşür.

    Qeyd edək ki, 2017-ci ilin təsdiqlənmiş dövlət büdcəsində Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün 100 mln. manat nəzərdə tutulub. Yəni, ilkin vəsaitin 50% artırılması nəzərdə tutulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR