AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Enerji içkiləri bazarında haqsız rəqabət halları araşdırılır

  • + A
  • - A
  • 21-05-2021, 18:38

    Enerji içkiləri bazarında haqsız rəqabət halları araşdırılır

    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti enerji içkiləri bazarında araşdırmalara başlayıb. Məqsəd istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi hallarının qarşısının alınmasıdır.
    Araşdırmalar Qida Təhlükəsizliyi Agentliyinin müraciəti, laborator müayinələrin nəticələri əsasında aparılır.
    Qeyd edək ki, "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.
    Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçıların mənafeyinə mənfi təsir göstərə bilən hərəkətlərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR