AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda bütün qaz xətlərinə nəzarəti "Azəriqaz" İB həyata keçirir

  • + A
  • - A
  • 27-03-2022, 13:34

    Azərbaycanda bütün qaz xətlərinə nəzarəti "Azəriqaz" İB həyata keçirir

    Elmar Hüseynov,
    Media eksperti

    Azəriq İB açıqlama verib ki, martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq. Bu açıqlamaya görə sosial şəbəkələrdə aləm dəyib bir-birinə. Əksər insanlar Azəriqazı asıb-kəsir.
    Nəzərə almaq lazımdır ki, əvvəla Azərbaycanda bütün qaz xətlərinə nəzarəti Azəriqaz İB həyata keçirir. Xankəndi və ətraf ərazilər Azərbaycan Respublikasının ərazisi olduğu üçün, bu ərazilərdə də nəzarətin Azəriqaz İB tərəfindən həyata keçirilməsi əslində sevindirici haldır. İkinci Azərbaycan təkmillətli dövlət deyil. Bakıda 30 minə qədər erməni yaşayır. Həmçinin Xankəndi şəhərində ermənilərin yaşaması haqqında hər kəs məlumatlıdır. Gec-tez bu şəhərdəki ermənilər də müstəqil Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edib, Azərbaycan qanunlarına uyğun olaraq həyatlarına davam etdirə biləcəklər. Qarabağdakı bəzi terrorist qruplaşmalara görə, ölkəmizin vətəndaşlığını qəbul edərək qanunlarımızla yaşamağa razılaşan ermənilərin ordumuzun hədəfində olmadığı beynəlxalq tribunalardan dəfələrlə səsləndirilib.
    Bu gün Azərbaycanın humanist davranışı gələcəkdə lehimizə işləyəcək ən gözəl addımdır.
    Sonda ölkə siyasətinin məğzini Müdafiə Nazirliyinin dünənki açıqlamasında görməyənlər üçün yenidən xatırlatmaqda fayda var.

    Müdafiə Nazirliyinin açıqlamasından çıxarış:

    Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur;

    Rusiya Müdafiə Nazirliyinin açıqlaması Müttəfiqlik Bəyanatına ziddir;

    Üçtərəfli bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır;

    Azərbaycan Ordusu bölgədə dislokasiya yerlərinin dəqiqləşdirilməsi işlərini görür;

    Açıqlamada qeyd edilən kəndin adı Furux deyil, Fərruxdur;

    Üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin

    Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməlisiniz;

    Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyindən “Dağlıq Qarabağ” ifadəsi işlətməməyi və Azərbaycan ərazilərinin adını düzgün olaraq göstərməyini xahiş edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR