AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərbaycan qadınına utanc olan siqaret mənim dostumdur” – Nisə Qasımova

  • + A
  • - A
  • 19-09-2018, 09:51

    “Azərbaycan qadınına utanc olan siqaret mənim dostumdur” – Nisə Qasımova














    “Azərbaycanda qadınların 3-5 faizi siqaret çəkir. Etiraf edirəm, Azərbaycan qadınına utanc olan siqaret və dörd divar təəssüf ki, mənim dostumdur”.

    Bu sözləri xalq artisti Nisə Qasımova deyib. Müğənni uzun fasilədən sonra “Şou ATV” verilişinə qonaq olub. O, siqaret çəkdiyini etiraf edərək bunları söyləyib:

    “15 il əvvəl bir restoranda şou-proqramda təşəbbüs irəli sürdüm ki, səhnədə oxumaqla kimliyimi göstərə bilmirəm. İnsanlar mənim mənəvi kimliyimi tanımalıdırlar. İlk mənəvi kimliyimi mahnılarla təqdim etdim. Oxuduğum mahnılar yaşadıqlarımın özüdür. 45-46 ildir oxuyuram. Etiraflar etməkdən qorxmuşam. Bu yaşda qorxmağın mənası yoxdur. Bir ayağım gordadır. Nə qədər siqareti saxlamaq olar. Saxladım şəkər oldum, dünyadan köçənlərim oldu.

    “Desəm öldürərlər” qorxusu ilə yaşayırdım. Bundan sonra qorxmayacam. Eqoistəm, pis xasiyyətim var. Düz danışanda inanmadılar, yalan danışdım inandılar. Sevdim, sevgimə də inanmadılar, sonra qayıtdılar”. (Axşam.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR