Kənd təsərrüfatı sahəsi rayonun iqtisadiyyatında mühüm yer tutur. Aqroiqlim xüsusiyyətinə görə, rayon münbit torpaqlara və mülayim iqlim şəraitinə malikdir ki, bu da kənd təsərrüfatının inkişafına əlverişli şərait yaradır.
2025-ci ilin yanvar-iyun aylarında torpaq mülkiyyətçiləri bu imkanlardan səmərəli istifadə etmişdir. 2025-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatında ümumi məhsul istehsalının faktiki qiymətlərlə dəyəri 97953,4 min manat olmuşdur ki, onun da 69,9 faizini (68447,9 manat) bitkiçilik və 30,1 (29505,5 manat) faizini isə heyvandarlıq məhsulları təşkil edir. 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə ümumi məhsul istehsalı müqayisəli qiymətlərlə 16,9 faiz artmışdır.
Hesabat dövründə 1546,8 ton ət (diri çəkidə), 14749,3 ton süd və 10611 min ədəd yumurta, 195,2 ton yun və 7,2 ton barama istehsalı olunmuşdur.
01.07.2025-ci il tarixinə Kənd təsərrüfatı müəssisələrində, fərdi sahibkar və ev təsərrüfatlarında iribuynuzlu mal-qaranın sayı 27549 baş, ondan ana inək və camışların sayı 13866 baş, qoyun və keçilərin sayı isə 115842 baş olmuşdur.
Füzuli rayonu üzrə cari ilin məhsulu üçün 01 iyul 2025-ci il tarixi vəziyyətinə cəmi əkinlər 49589,4 hektar təşkil edir. Kənd təsərrüfatı müəssisələrində, fərdi sahibkar və ev təsərrüfatlarında 25214,1 hektar buğda ,13607,7 hektar arpa, 673,5 hektar dən üçün qarğıdalı , 755,9 hektar tərəvəz, 168 hektar kartof , 940,2 hektar şəkər çuğunduru (emal üçün) , 39 hektar pambıq , 27 hektar günəbaxan , 289 hektar bostan bitkiləri və 7875 hektar isə yem bitkilərinin əkinləri altındadır.
Füzulin Rayon Statistika İdarəsinin aparıcı məsləhətçisi: Anar Əlizadə