AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ruhi Əliyeva ad gününü şəhid övladları ilə keçirdi - Fotolar

  • + A
  • - A
  • 8-03-2021, 20:52


    Bu gün 8 Mart Beynəlxalq Qadınalar Günüdür. AzadMedia.az xəbər verir ki, "Liatris Holding"in rəhbəri, hər zaman şəhid və qazi ailələrinin yanında olan xeyriyyəçi, vətənpərvər xanım Ruhi Əliyevanın ev sahibliyi ilə tədbir keçirilib. Təbdirdə 10 şəhid ailəsinin xanımları bir araya gəlib.

    Tədbiri giriş sözü ilə açan Leyla Quliyeva bu günün öncəkilərdən çox fərqləndiyini deyib: "Bu gün bura Qarabağı geri qaytaran, işğaldan azad edən, qürurlu Azərbaycan vətəndaşları kimi toplaşmışıq. Və bura bu torpaq, bu Vətənin istiqlalı üçün canını verən igidlərin anaları, xanımları və yadigar övladları qatılıb".

    Daha sonra tədbirin təşəbbüskarı Ruhi Əliyeva Şəhid ailələrinin xanımlarının 8 mart Beynəlxalq Qadınlar gününü təbrik edib.

    Bu günün daha bir özəl səbəbi olduğunu açıqlayıb: "Bu gün mənim üçün həm çətin, həm də təsirli gündür. Çünki burda canımız-qanımız olan, bu Vətən torpaq üçün qurban gedən oğulların əmanətləri -balaları, anaları, bacıları, həyat yoldaşları toplaşıblar. Bilirəm ki, bu xanımları nə qədər sevindirsək də, qəlblərində qəm-qüssə, kədər azalmır. Amma buna baxmayaraq, az da olsa onların könlünü şad eləmək, bütün özəl günlərdə səninləyik, “sən tək deyilsən” demək üçün onları bura dəvət etdik. Bu gün eyni zamanda şəhid Vüqar Sadıqovun gözünün ilki - qız övladı Nərgizin doğum günüdür. Bu münasibətlə şəhid qardaşımızın qızının yanında olmaq, onun körpə qəlbini şad eləmək istədik. Nə xoş ki, həm onu, həm də digər şəhid qardaşlarımızın balaca yadigarlarını sevindirə bildik. Əzizlərimiz, siz şəhid atanızla, qardaşınızla hər zaman fəxr edin. Çünki, şəhidlik zirvəsi çox ucadır. Onların hər biri bizim doğmamızdır. Mən söz vermişdim ki, bu ilin bütün günlərini, hətta öz doğum günümü də sizlərlə birgə qeyd edəcəm. Bu gün həm də mənim doğum günümdür və mən bu günü sizlərin əhatəsində qeyd etməyi özümə mənəvi borc bildim".

    Bir neçə tanınmış simaların qatıldığı tədbirdə Xalq artisti Zülfiyyə Xanbabayeva da iştirak edib.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR