AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məşhurlar Nura üçün bir arada! - Video

  • + A
  • - A
  • 30-05-2024, 12:06

    Məşhurlar Nura üçün bir arada! - Video

    Nuranın qalmaqalla başlayan klipi təqdim edildi!
    Dilarə ilə Samirə bu klipə görə dava etmişdi...

    Nura Suri yeni layihəsi üçün məşhurları bir araya toplayıb.
    Onun “Mənim xətrimə” adlı klipində aparıcı Samir Bayramlı, müğənnilər Dilarə Kazımova, Samirə Əfəndi, aktrisa Pərvin Abıyeva və influenser Nagehan Abdullayeva yer alıb.
    Sözləri Tofiq Sədrəddinə, musiqisi Fərid Aqaya məxsus mahnını rejissor Xəyal Səlimov ekranlaşdırıb.
    Layihədə həmçinin rəqqaslar Malik Abdullayev, Anastasia Varava, Kamilla Hasanli də rol alıb.
    Klip üçün Nura Suri iki obraza bürünüb. Fotoları isə Məhəbbət Nəsirov ərsəyə gətirib.
    Qeyd edək ki, klipin çəkilişləri günlər öncədən Dilarə Kazımova və Samirə Əfəndi arasında yaşanan qalmaqalla yadda qalmışdı, daha sonra isə Surinin futurustik obrazı mediada müzakirə mövzusu oldu.
    Onu da bildirək ki, layihə üzərində 20-dən çox komanda üzvü çalışıb.
    “Mənim xətrimə” bütün musiqi platformalarında onlayndır.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR