Dünyanın sonuncu ovçu qəbiləsi — Meymun beyni yeyirlər (FOTOLAR)
Afrikada sonuncu ovçu qəbiləsi olan Hadza nəsli tükənməkdə olan qəbilədir.
“Ölkə.Az” xəbər verir ki, qəbilə üzvləri babuin, quş, antilop, meymun, bufalo və aslanı ovlayaraq yeyirlər.
Hadza qəbiləsi Tanzaniyanın şimalındakı Nqoronqoro bölgəsində, Eyasi gölünün sahillərində yaşayırlar. Bu bölgənin cənubunda ən qədim insan qalıqları aşkar edilmişdi. Hadza qəbiləsinin ən çox qəbul etdiyi qida babuin kəlləsidir. Qəbilə üzvləri ox və yayla ova çıxırlar. Hazırda qəbilənin 10 min üzvü var.
Hadzaların danışdığı dil isə dünyanın yaşayan ən qədim dili kimi qəbul edilir. Onların dünyasında telefon, avtomobil, elektrik enerjisi, iş, işçi, müdir, sosial və ya dini struktur, vergi, qanun və pul yoxdur.