AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qadın yataqda bir az sərbəst olan kimi, kişi soruşur ki, bunu kimdən öyrənmisən?" — XANIM PSİXOLOQDAN QALMAQALLI AÇIQLAMALAR

  • + A
  • - A
  • 7-12-2017, 10:17

    "Qadın yataqda bir az sərbəst olan kimi, kişi soruşur ki, bunu kimdən öyrənmisən?" — XANIM PSİXOLOQDAN QALMAQALLI AÇIQLAMALAR












    Adətən psixoloqları sirr qutusu hesab edirlər. Çünki bir çox peşə sahiblərindən fərqli olaraq psixoloqlar həm də sirr saxlamağa məcburdular. Xüsusən də ailə psixoloqları.
    Bəs görəsən son vaxtlar adi hala çevrilmiş ailə münaqişələrinin və boşanmaların əsl səbəbləri nədir? Doğrudanmı qeyd edildiyi kimi, əksər hallarda boşanmalara səbəb ailənin maddi durumunun aşağı olmasıdır?

    "Ölkə.Az"-ın bu və digər suallarını tanınmış ailə psixoloqu Sevinc Baxışova cavablandırır.

    - Sevinc xanım, istərdim əvvəlcə ailələrdəki psixoloji durumdan danışaq. Psixoloq kimi kənardan baxanda orta statistik Azərbaycan ailəsinin psixoloji durumu nə yerdədir?

    - Nə yerdə olduğu məlum məsələdir. Boşanmaların sayı, baş verən hadisələr göstərir ki, əslində, durum heç də yaxşı deyil. Bunun da müxtəlif səbəbləri var. Adətən, məhkəmə çəkişmələrində boşanmaların səbəbi kimi maddiyyat göstərilir. Ər ailəyə yaxşı baxmırdı, övladlarının sosial rifahını təmin edə bilmirdi və sair. Ancaq əsl səbəb maddiyyat deyil. Bunun tam gizli tərəfi var ki boşanarkən heç bir tərəf bunu açıq-aşkar deyə bilmir.

    - Məsələn?

    - Dediyim gizli səbəblərin başında intim münasibət uyğunsuzluğu gəlir.

    - İntim uyğunsuzluq daha çox rast gəlinən ailələr bölgələrdədir, yoxsa paytaxtda?

    - Həm bölgələrdə, həm şəhərlərimizdə bu kimi hallar var. Sadəcə, şəhərdə bu kimi uyğunsuzluğu tərəflərdən hansısa müəyyən dərəcədə büruzə verirlər. Bölgələrdə isə heç vaxt belə səbəblər dilə gətirilmir.

    - Sizcə belə halların yaşanmasına səbəb toy kasetindən qız bəyənib evlənmək kimi "adətlər" deyilmi? Yəni, gənclər bir-birinin xarakterini, düşüncəsini öyrənmədən, uyğunlaşmadan ailə qururlar və nəticədə belə problemlər yaranır.

    - Siz dedikləriniz də doğrudur. Ancaq bir məqama xüsusi diqqət yetirmək lazımdır. Əvvəl də ailələrin məsləhətiylə evlənənlər çox idi. Amma həmin ailələrin 50-60 il ömrü olur. İndiki virtual danışıqlar, sonra görüşmələrdən yaranan evliliklər var ki bir neçə aydan sonra uyğunsuzluğu səbəb gətirərək boşanırlar. Fikrimcə, ailə məsləhətiylə qurulan ailələr daha davamlıdır.

    - Uyğunsuzluqdan daha çox qadınlar şikayət edir, yoxsa kişilər?

    - Deyərdim ki, daha çox qadınlar şikayət edir. Ailə psixoloqu kimi müraciət edənlərin anonimliyi təbii ki, qorunur. Amma ümumi mənzərəni göz önünə gətirərək deyə bilərəm ki, qadınlar uyğunsuzluqdan daha çox narazıdırlar. Bizdə mentalitet deyilən bir şey var da. Nə qədər cəhd etsək də, intim münasibətlərdə tam sərbəst ola bilmirik. Qadının yataqda sərbəst davranışı kişinin pis mənada diqqətinə səbəb olur və dərhal sual olunur ki, bunu haradan öyrənmisən? Amma düşünmür ki, indi hamının hər şeydən xəbəri olduğu zamandır.

    - Böyük yaş fərqliylə qurulan ailələrdə bu mənada vəziyyət necədir? Yəni, böyük yaş fərqiylə ailə qurmaq da səbəbdirmi?

    - Yaş fərqi elə də problem sayılmır.

    - Məsələn, gənc subay qız və yaşlı, həm də ailəli kişi münasibətləri davamlı ola bilirmi? Söhbət təbii ki, rəsmi münasibətdən getmir.
    - Tanıdığım 18 yaşlı qız 52 yaşlı kişiylə görüşür.

    - Sizcə qız sevir, yoxsa bu, maddi təmənnadan irəli gəlir?

    - Həmin qız atasız böyüyüb, kişi isə onun bütün sosial problemlərini həll edir. Qız deyir ki, mən ondan özümə qarşı böyük dəstək, güvən hiss edirəm.

    - Bəs həyat yoldaşına xəyanət edən qadınlar səbəbi necə izah edirlər?

    - Cinsi uyğunsuzluğu əsas gətirirlər. Xəyanət elə-belə addım deyil. Deməli, ciddi səbəb var ki, qadın xəyanət edir. Məsələn, qadının həyat yoldaşıyla evliliyi yalnız kağız üzərindədir, həkim isə tövsiyyə edir ki, mütləq intim münasibət yaşamalısan. Bəs xanım nə etməlidir?

    - Yəqin ki, məşhur insanlar və onların ailələri də sizə müraciət edirlər.

    - Bəli, belə müraciətlər də çox olur. Amma deyim ki, insanın hissləri kasıba, varlıya, məmura, fəhləyə baxmır. Təbii ki, ad çəkməyəcəyəm.

    - Bəs həm maddi durumu yerində olan, həm həyat yoldaşından lazımi diqqəti görən qadınlar sizə müraciət edirmi? Yəni, sırf macəra naminə xəyanət edən qadınları nəzərdə tuturam. Bəs onlar hansı səbəbi göstərirlər?

    - Bəli, elə pasientlərim də var. Bax bu hal qəbulolunmazdır. Onlara da izah edirəm ki, doğru yolda deyilsiniz. Əgər qadın maddi və fiziki mənada təmin olunursa, diqqət və qayğı görürsə, eyni zamanda xəyanət edirsə, bunun adı macəra axtarmaqdır. Elə ailələr tanıyıram ki, çox kasıbdılar. Amma kənardan baxanda hiss edirsən ki, yüksək səviyyədə anlaşma var. Çünki sırf təmiz sevgi üzərində ailə qurublar.

    - Deyirlər ki, xəyanət etməyən kişi yoxdur. Sizcə doğru deyimdir?


    - Bəli, doğru deyimdir. Bu, kişilərə təbiətdən gələn bir xüsusiyyətdir. Amma kişi bunu ailədə büruzə verirsə, təbii ki, doğru deyil.

    - Sizcə kişilərin xəyanət etməsində zahiri amil rol oynayırmı?

    - Xeyr, ola bilər ki, kişinin həyat yoldaşı dünyanın ən gözəl qadınıdır.

    - Bəs vəziyyətdən çıxış yolu nədədir? Əgər ailədə xırda anlaşılmazlıq varsa, tərəflər hansı addımı atmalıdırlar ki, məsələ böyüməsin?

    - Bəzən münasibətlər heç nədən pozula bilər. Bunu oturub danışmaq, problemin kökünü araşdırmaq və çözmək lazımdır. Və indi deyəcəyim məqam xüsusən vacibdir. Kişi ailədə kişiliyini bildirməli, dominantlıq etməlidir. Ailədə dominantlığı bacaran kişilərin ailələri bütöv olur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR