AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Böyrəklərimizi qorumaq üçün nə etməliyik?

  • + A
  • - A
  • 3-08-2022, 00:42

    Böyrəklərimizi qorumaq üçün nə etməliyik?

    Azadmedia.az Uroloq Rüfət Əsədbəylinin böyrəkləri qoruma ilə bağlı tövsiyələrini təqdim edir
    Heç bir xəstəliyimiz olmasa belə, böyrəklərimizi qorumaq üçün edə biləcəyimiz şeylər var:
    - Müntəzəm məşq
    - Bədən çəkisinə nəzarət
    - Balanslaşdırılmış pəhriz
    - Siqaretdən və spirtli içkilərdən imtina
    - Yetərli maye qəbulu
    - İllik tibbi müayinə
    - Ailədə olan xəstəlikləri bilmək
    - Qan təzyiqinin ölçülməsi

    Böyrək xəstəliyiniz varsa, onun inkişafının yavaşlaması baxımından görülə biləcək tədbirlər də var:
    - Qan təzyiqinə nəzarət. Yüksək qan təzyiqi böyrək çatışmazlığına səbəb ola bilər. Qan təzyiqinə düzgün nəzarət edilməməsi böyrək xəstəliklərini sürətləndirir.

    - Şəkərli diabetiniz varsa qan şəkərinə nəzarət edin.

    - Duz qəbulunun azaldılması- Ölkəmizdə duz Avropa ölkələrindən 3 dəfə çox istehlak olunur. Duzun həddindən artıq istifadəsi hipertoniya, ödem və böyrəklərə mənfi təsirlərə səbəb ola bilər.

    Böyrək xəstəliklərinin erkən diaqnozu həyat xilas edir.

    QEYD: Verilən məzmun yalnız məlumat məqsədi daşıyır, diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR