AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda Media və Yayım Şurası yaradıldı – MEDİA və Audiovizual Şura birləşdirildi

  • + A
  • - A
  • Bu gün, 16:22

    Azərbaycanda Media və Yayım Şurası yaradıldı – MEDİA və Audiovizual Şura birləşdirildi


    Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Azərbaycanda yeni Media və Yayım Şurası yaradılıb.

    Yeni qurum indiyədək fəaliyyət göstərən Audiovizual Şuranın hüquqi varisi olacaq. Eyni zamanda Medianın İnkişafı Agentliyi (MEDİA) ləğv edilir və onun bütün hüquq, vəzifə və əmlakı Media və Yayım Şurasına verilir.

    Şurada 108 ştat vahidi olacaq. Nazirlər Kabinetinə bir ay ərzində yeni qurumun fəaliyyətinin təşkili, əmlakın və maliyyənin təhvil verilməsi, işçilərin yeni strukturda yerləşdirilməsi və inzibati bina ilə təmin olunması tapşırılıb.

    Yeni Media və Yayım Şurası ölkədə media və yayım sahəsində əsas dövlət qurumu kimi fəaliyyət göstərəcək.

    Şuranın əsas səlahiyyətləri bunlardır:

    media subyektlərinin inkişafına və iqtisadi müstəqilliyinə dəstək vermək;

    jurnalistlər üçün təlimlər, seminarlar və müsabiqələr təşkil etmək;

    dezinformasiyaya qarşı mübarizə aparmaq;

    Media Reyestrini idarə etmək;

    jurnalist vəsiqələri və Media Reyestri şəhadətnamələri vermək;

    sosial reklamlar və ictimai əhəmiyyətli media layihələrini sifariş etmək;

    mediada peşə etikası qaydalarına əməl olunmasına dəstək vermək.


    Bundan başqa, Şura media sahəsində araşdırmalar aparacaq, ictimai rəyi öyrənəcək, sosial şəbəkələrdə yayılan rəqəmsal məzmunu təhlil edəcək və qanun pozuntuları aşkar edildikdə aidiyyəti qurumlara müraciət edəcək.

    Fərmana əsasən, Şuranın sədri və üzvləri müvafiq dövlət orqanı tərəfindən təyin olunacaq, üzvlər isə öz aralarından iki sədr müavini seçəcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR