Neftçilər metrosundan Bakıxanov qəsəbəsinə gedən yolda, təxminən şəhər mərkəzindən 10-12 kilometr məsafədə yerli əhalinin “Razin dağı” adlandırdığı bir sirli yer var.
Əksər insanlar orada olublar, hətta sovet dövründə burda may bayramın qeyd ediblər, pikniklər təşkil ediblər. Ölkəyə turistlər gəliblər, yerli mediada kifayət qədər bu dağ haqqında yazılar gedib və bu günə qədər də oranı Razinin adı ilə hallandırırlar. Bəli, Rusiyanın ən məhşur quldurlarından biri Stepan Razin bir müddət bu dağda yaşayıb və oğurladığı qızıllar və digər sərvətlə yanaşı Səlyan xanın qızı ilə burada ailə kimi həyat sürüb. Lakin Razinin inancına görə quldurbaşı evil ola bilməzdi və Səlyan xanının qızını əlləri ilə boğub Xəzər dənizinə atıb. Bura çox qeyri adi bir yer olduğu üçün əldə etdiyi var dövləti, külli miqdarda qızıl və ziynət əşyaları olan sandıqları xüsusi otaqda gizlədib, sonradan digər səfərlərə çıxıb. Bu gün də burada Razinin gizli xəzinəsi olması barədə fikirlər səslənir. Hətta sovet dövründə “qara arxeoloq” deyilən xəzinə ovçuları uzun illər burada axtarış ediblər, sovet təhlükəsizlik orqanları araşdırma aparıblar, kiçik bir xəzinədən və Razinin dəstəsinə aid əldə edilən bütün XVII əsrə aid güllələr, ox və nizə ucluqları, odlu və soyuq silahların qalıqları, ziynət və bəzək əşyaları, geyim elementləri gizlin surətdə Moskvaya aprıblar. Mağara ilə üzbəüz həyət evlərindən birində “qara arxeoloq” yaşayırdı. Onun haqqında təxminən 2000-ci illərin əvvəllərində “Zerkalo” qəzetində məqalə dərc olunmuşdu. Tapdığı ox uclarını və tuneldə tapdığı zəncir poçtunun metal hissələrini göstərdi. Qəfildən o yoxa çıxdı, sonra məlum oldu ki, Rusiyaya “köçüb”
İndi isə ətraflı….
Bu dağın adı qədim qaynaqlarda və əlyazmalarda Kühül dağları kimi keçir. Bu dağın üzərində bir bürclü qala olub və ordan yeraltı Mərdakan qalasına, İçərişəhərə və Bakının bir çox yerinə çıxan yolu olub. (Bu barədə məlumat rus yazıçısı və səyyahı Pavel İvanoviç Oqorodnikovun 1878-ci ildə nəşr edilən “Persiya və onun Xəzəryanı vilayətlərinə gedən yolda” kitabında yer alıb.)
Hətta inandırıcı olmasa da bəzi qaynaqlar Qara dənizə qədər yolun olduğunu iddia edirlər. İndiki salamat qalan mağara isə əslində dekorativ bir formadır. Orjinal mağaradan birbaşa Xəzər dənizinə və yuxarıda qeyd etdiyim kimi bir neçə yerə çıxışı var idi. Deyirlər ki, Makedoniyalı İskəndər də bu mağaranın yeraltı keçidindən keçib vaxtilə. Əfsanələr çoxdur əslində.
Tarixi məlumaatlara görə, Çar Rusiyasıda quldur Stepan Razin hələ 1667-ci ildə Xəzər dənizi vasitəsilə Abşeron rayonua gəlmiş, burada dağdakı mağarada düşərgə salaraq soyğunçuluq və amansız qarət məqsədilə ətraf kəndlərə basqınlar etmişdi. Əfsanələrə görə mağaranın bütün Abşeron yarımadasında geniş yeraltı keçid şəbəkəsini bilən Stepan Razinin gözlənilmədən müxtəlif yerlərdə peyda olmasına və hətta Bakıdan qoşunların gəlməsinə qədər gözlənilmədən yoxa çıxmasına imkan verirdi.
Razinin öldürülməsindən sonra onun xəzinəsini axtarmaq üçün bir çox insan mağaranı axtarmağa başlayırlar. Hətta sovetlər Azərbaycanda hakimiyyət qurandan sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri olmuş Sergey Kirov görüşlərini bura salırdı ki, kimsə mağaraya yaxın dura bilməsin. Qızıl axtaranlar dəfələrlə mağarya daxil olublar. Bəziləri sonradan ölü halda tapılıb. İndiki mağaranın girişi sonardan düzəlmədi, əslində buranın girişi yuxarı hissədən olub və ora düşmək üçün kəndirdən və taxta nərdivanlardan istifadə edilib. Azərbaycanda 1930-cu illərdə Razinin xəzinəsini tapmaq üçün xüsusi ekspedisiya da ayrılır. Bu keçidlə getməyə çalışdılar, lakin orada artıq oksigen olmadığı üçün geri qayıtmağa məcbur oldular. Qərara alındı ki, daha böyük bir araşdırma qrupu yaradılsın. Deyilənə görə təhlükəsizlik xidmətinin əməkdaşları “bomj” qismində burda qalırdılar ki, kimsə ora gələndə dərhal xəbərləri olsun. Sonra ikinci dünya müharibəsi başlandı və mağarada zenit silahı quraşdılır. Bunu etmək üçün mağaranın girişini daha böyük və hündür etmək lazım idi ki, silahı içəriyə yuvarlamaq daha rahat olsun.Buna görə də hazırkı mağaranın girişi yaradılır.
Müharibədən sonra axtarışlar yenidən aparılır, lakin nəticə əldə edilmədiyi üçün buranı partlatmaq qərarına gəlirlər. Mağara bir neçə dəfə partladı. İlk tıxanma təxminən qırxıncı illərin sonu - əllinci illərin əvvəlləri idi. Köhnə əfsanəyə görə, tunel bir neçə məktəblinin itkin düşməsi səbəbindən partladılması elan edilir. Maraqlı hadisələrdən biri də “V.İ.Lenin adına pioner təşkilatının 60 illiyi” adına meşə parkının salınması zamanı baş verir. Üç içməli su quyusu tapılır ki, birbaşa mağaraya çıxışı olur. Dərhal onları da məhv edirlər.
Hazırda orada tədqiqatlar aparılmır, bəlkə də aparılmasına izn verilmir. Lakin Razinin xəzinəsinə gedən yol sirrini qoruyub saxlayır hamı üçün, lakin keçmiş əlyazma və qaynaqları oxuyub, o dövrün sənədlərini oxuyanlar bilir necə getmək lazımdır….Əlbətdə sir var və onun açarı da… Bu barədə qısa yazıram. Xəzinə barəsində daha geniş araşdırma üzərində işləyirəm əlyazmalar və qaynaqlar əsasında...
Zaur Əliyev,
dosent