Bostondakı Massaçusets Ümumi Xəstəxanasının alimləri müəyyən ediblər ki, ultra emal olunmuş qidaların (fast food, cips, dondurma, soda) həddindən artıq istehlakı insult riskini 8% artıra bilər. Tədqiqatın nəticələri Neurology jurnalında dərc olunub.
Alimlər 45 və daha yuxarı yaşda olan 30 239 nəfərin qida rasionunu təhlil etdikdən sonra bu qənaətə gəliblər. Əvvəlcə tədqiqatçılar iştirakçıların gündə orta hesabla nə qədər ultra emal olunmuş qida qəbul etdiyini müəyyən etdilər. Ultra emal olunmuş qida dedikdə emulqatorlar, qatılaşdırıcılar və süni ləzzətlər əlavə edilməklə təmizlənmiş və yüksək dərəcədə təmizlənmiş inqrediyentlərdən sənaye şəraitində istehsal olunan qida nəzərdə tutulur. Adətən çox miqdarda duz, şəkər və yağ ehtiva edir. Məlumat toplandıqdan sonra subyektlərin 11 illik müşahidə dövrü başlayıb.
Bu müddət ərzində 768 nəfərə koqnitiv pozğunluq diaqnozu qoyulub, 1108 nəfər insult keçirib. Elm adamları, istehlak edilən ultra emal olunmuş qidaların miqdarının on faiz artmasının idrak pozğunluğunun inkişaf riskinin 16 faiz artması ilə əlaqəli olduğunu təxmin edirdilər.
Həmçinin məlum olub ki, belə qidaların həddindən artıq istehlakı insult ehtimalını 8% artıra bilər. Eyni zamanda, qida rasionunda emal olunmamış və minimal işlənmiş qidaların (bitki qidaları, qoz-fındıq, balıq, dənli bitkilər) yüksək nisbəti olan insanların kəskin serebrovaskulyar qəza riski 9% azalıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.