Ah!..vüsalın dadı rəng - rəng,
yanğısı sarı — yaxşıdı!
Desəm, Xudam, kərəm eylə,
yaramı sarı...yaxşıdı!
...dili - dodağı ballısı,
ağ üzdə qara xallısı,
eşq ilə müdam hallısı
meylimə sarı yaxşıdı!
...Paşam, yaxşıya nə yaxşı?
Kimdi yaxşı ya nə yaxşı?
...məndən Yaxşıya nə yaxşı?
Yaxşıya Sarı yaxşıdı!
*
Mən kiməm- sorsalar dedim:
sözün zatından gəlirəm.
...mərtəbə-mərtəbə qalxdım-
yeddi qatından gəlirəm.
..hər gələn səsə çıxıram,
quru nəfəsə çıxıram.
...mən bir gün misə çıxıram,
bir gün altundan gəlirəm!.
...dərvişəm, şaham, vəliyəm-
mən könüllərə valiyəm.
...göyün üstündən halıyam,
yerin altından gəlirəm.
...ruhum canımnan pəsdədi,
ruhumu candan istədim.
...yada dost dedim, dost dedim!
Dostun yadından gəlirəm.
Paşam söylər nə söyləsin?
Yaxa dartsın can teyləsin...
Haqqın özü haqq eyləsin,
haqqın adından gəlirəm.
Paşa Talıblı
Rusiya...Volqoqrad şəhəri
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.