AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşa Talıblı: "Açılar göydə qapılar..."

  • + A
  • - A
  • 19-02-2021, 21:00

    Paşa Talıblı: "Açılar göydə qapılar..."

    (Emil Rasimoğluna xitabən...)

    Daşa da düşsə cücərən
    dənimi deyirsən, Emil!
    Hər şeyin bir haqq üzü var...
    Yönümü deyirsən, Emil!

    ...yeddi qatda hansı göydü?
    ...mələk üflər o nə neydi?
    ...iç üzü çölündən yeydi,
    tənimi deyirsən, Emil!?

    Açılar göydə qapılar...
    ...aşiqlər az-az tapılar!
    ...tərkində təkkə yapılar—
    mənimi deyirsən, Emil?!


    *
    Həm aşiqəm, həm dərvişəm...-
    mən bir gülün butasıyam.
    ...mən özümün zamanımda
    ötələrin ötəsiyəm.

    ...qaradan, ağdan gəlmişəm,
    bir ulu dağdan gəlmişəm.
    ...mən enib haqdan gəlmişəm,
    dönüb haqda itəsiyəm.

    Mən həm məndə həm haqdayam...
    ...qələmdəyəm, varaqdayam.
    ...mən özümdən qabaqdayam,
    mən özümü ötəsiyəm.

    Mən bir canam...birimmi var?
    ...məndə ölüm-dirimmi var?
    Mənim ayrı yerimmi var?
    Könüllərdə bitəsiyəm.

    Mən dünyaya bildim gəldim...
    Gəlişim min ildi...gəldim!
    ...bir gün olur gəldim, gəldim,
    bir gün olur gedəsiyəm.


    *
    Mən kiməm- sorsalar dedim:
    sözün zatından gəlirəm.
    ...mərtəbə-mərtəbə qalxdım-
    yeddi qatından gəlirəm.

    ..hər gələn səsə çıxıram,
    quru nəfəsə çıxıram.
    ...mən bir gün misə çıxıram,
    bir gün altundan gəlirəm!.

    ...dərvişəm, şaham, vəliyəm-
    mən könüllərə valiyəm.
    ...göyün üstündən halıyam,
    yerin altından gəlirəm.

    ...ruhum canımnan pəsdədi,
    ruhumu candan istədim.
    ...yada dost dedim, dost dedim!
    Dostun yadından gəlirəm.

    Paşam söylər nə söyləsin?
    Yaxa dartsın can teyləsin...
    Haqqın özü haqq eyləsin,
    haqqın adından gəlirəm.

    Paşa Talıblı
    Rusiya...Volqoqrad şəhəri...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR