AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Günay Əfəndiyeva ilə Qırğız Respublikasının Xarici İşlər naziri Ruslan Kazakbayev arasında görüş keçirilib

  • + A
  • - A
  • 21-06-2021, 15:20


    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Türkiyədə keçirilən Antalya Diplomasi Forumuna səfəri çərçivəsində Qırğız Respublikasının Xarici İşlər naziri Ruslan Kazakbayevlə görüşü keçirilib.

    Görüşdə Günay Əfəndiyeva Fondun qurucu üzv ölkəsi olan Qırğızıstanla əməkdaşlıq və dostluq əlaqələrinin təşkilat üçün əhəmiyyətindən söz açıb. Günay Əfəndiyeva rəhbəri olduğu təşkilat tərəfindən türkdilli xalqların, o cümlədən qırğız xalqının qədim tarixinin, mədəniyyətinin təbliği, Qırğızıstanın görkəmli şair və yazıçılarının zəngin yaradıcılıqlarının daha geniş auditoriyalarla tanış etdirilməsi məqsədilə müxtəlif tədbirlərin, o cümlədən konfransların, dəyirmi masaların keçirildiyini diqqətə çatdırıb. O, nümunə kimi Fond tərəfindən 2018-ci ildə Azərbaycanda dünya şöhrətli yazıçı Çingiz Aytmatovun 90 illik yubileyinin qeyd edildiyini bildirib. Günay Əfəndiyeva eyni zamanda, Fondun hərtərəfli fəaliyyət göstərməsi üçün Qırğızıstan tərəfindən təşkilatın sənədlərinin ratifikasiya prosesinin tamamlanmasının vacibliyini vurğlayıb.

    Qırğız Respublikasının Xarici İşlər naziri Ruslan Kazakbayev Fondun fəaliyyətini yüksək qiymətləndirib. Nazir Türk Dünyasının maddi-mədəni irsinin qorunması və beynəlxalq aləmdə tanıdılması istiqamətində Fondun aktiv iştirakını təqdir edib. Ruslan Kazakbayev Fondun fəaliyyəti ilə bağlı lazimi sənədlərin Qırğızıstan tərəfindən təsdiqinin sürətləndirilməsinə dair müvafiq işlərin aparıladığını və yaxın zamanda tamamlanacağını qeyd edərək, təşkilatın keçirdiyi layihələrə dəstək verəceyini bildirib.

    Görüş Qırğız Respublikası ilə təşkilat arasında gələcək tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi ilə davam edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR