AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində NEMO rəhbərliyi tərəfindən master-klas keçirilmişdir

  • + A
  • - A
  • 14-02-2022, 17:41

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində NEMO rəhbərliyi tərəfindən master-klas keçirilmişdir

    14-15 fevral tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin üzvü olduğu Avropa Muzey Təşkilatları Şəbəkəsinin (NEMO) İdarə Heyətinin üzvləri və İcraçı Direktoru Azərbaycana səfər edib. Səfərdə məqsəd 14 fevral tarixində muzey əməkdaşları üçün muzey işinin təşkili və idarə olunmasına dair master-klasın, 15 fevral tarixində isə “İçərişəhər” DTMQİ-nin ev sahibliyi etdiyi NEMO İdarə Heyətinin iclasının keçirilməsidir.
    “İçərişəhər” Muzey Mərkəzinin və Bakı şəhərində fəaliyyət göstərən 10-a yaxın muzeyin əməkdaşlarının qatıldığı master-klasda muzeylərin davamlı inkişafı, ictimaiyyətlə iş, ziyarətçilərin öyrənilməsi, muzey idarəçiliyi, Azərbaycan muzeylərinin kolleksiyalarında zəngin irslə bağlı aktual mövzular müzakirə olunub.
    Tədbirdə NEMO-nun Avropanın 6 ölkəsinin (Almaniya, Norveç, Sloveniya, Estoniya, Niderland, Belçika) Muzey Assosiasiyalarının rəhbərlərindən ibarət olan İdarə Heyəti tərəfindən yuxarıda qeyd olunan mövzular üzrə təqdimatlar edilib.
    Master-klasın açılışında “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Əsgər Ələkbərov və NEMO-nun İcraçı Direktoru Julia Pagel çıxış edərək İçərişəhər və NEMO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirmişlər və təşkil olunan tədbirin Azərbaycan və Avropa muzeyləri arasında qarşılıqlı əlaqələrin inkişafı baxımından önəmli olduğunu vurğulamışlar.












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR