Novruz Bayramının İçərişəhərdə hər il xüsusi qeyd olunması gözəl ənənəyə çevrilsə də, son illər pandemiya səbəbindən bayram tədbirlərinin keçirilməsi mümkün olmamışdır.
Bu il “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi təntənəli bayram tədbirlərini yenidən bərpa edir.
Bayram şənlikləri martın 19-dan 27-ə qədər İçərişəhər ərazisində və Qala Qoruğunda təşkil olunacaq.
Tədbirlər çərçivəsində qonaqlar müxtəlif yaş kateqoriyası üzrə ustad dərslərinə, qədim sənət növlərinə həsr olunmuş müxtəlif təlimlərə, eləcə də sabunbişirmə, suvenirlərin hazırlanması və naxışlanması, uşaqlar üçün üzdə maraqlı təsvirlərin çəkilməsi kimi əyləncəli məşğələlərə, habelə İçərişəhər ərazisində yerləşən ictimai-iaşə obyektlərində təşkil ediləcək ustad dərslərinə, xalqımızın sevimli milli mətbəx nümunələrinin bişirilməsi, təndirə çörək yapılması, kofe dəmlənməsi kimi maraqlı tədbirlərə qatıla biləcəklər.
Qoşa Qala meydanının mərkəzi hissəsində səhnədə təşkil olunacaq musiqili və əyləncəli tədbirlər qonaqların zövqünə oxşayacaq.
Novruz bayramınız mübarək!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.