"Pulu yığıram, yemək yemirəm" - Gülyaz Məmmədova
Xalq artisti Gülyaz Məmmədova "Səhər mərkəzi" proqramında bəzi açıqlamalar verib.
Azadmedia.az xəbər verir ki, müğənni proqramda arıq olduğu üçün çoxlarının ona simic dediyini söyləyib.
"Əvvəl çəkim hədsiz az olub. 48, 46 kiloqram olurdum. İnsanın yaşa dolduqdan sonra kökəlməsi yaxşıdır. Hamı deyir ətə-qana gəlmisən, yaxşı olmusan. Deyirlər, pulunu hara xərcləyirsən, yemək yemirsən, simicsən. Guya pulu yığıram, yemək yemirəm. Səhnə incəlik sevir. Allah hərəni bir cür yaradıb, bizim quruluşumuz budur. Biz pəhriz salamırıq".
Bacısı, Xalq artisti Gülyanaq Məmmədova isə "Gülyazın bütün qazancı geyimlərə, studiyada mahnı yazdırmağa və tələbələrinə gedir", - deyə ifadə edib.