Azadmedia.az “İçərişəhər” Dövlət Tarix-Memarlıq İdarəsinin açıqlamasını təqdim edir:
Ötən gün bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə İçərişəhərin Qala divarında törədilən vandalizm aktı barəsində məlumatlar paylaşılmışdır.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin məlum hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə rəsmi müraciəti əsasında araşdırma aparılmışdır.
Səbail Rayon Polis İdarəsinin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində əməli törədən şəxsin 26 yaşlı Bakı şəhər sakini S. Qurbanzadə olduğu müəyyən edilmişdir.
Yaxın vaxtlarda hadisəyə hüquqi qiymət verilməsi təmin ediləcək.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bir daha tariximizin və mədəniyyətimizin nadir incisi olan İçərişəhərin və onun abidələrinin qorunmasına biganə olmayan hər bir kəsə təşəkkür edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.