AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beynəlxalq Muğam Mərkəzində “Füzuli Füzulidə” adlı ədəbi-bədii gecə təşkil edildi

  • + A
  • - A
  • 17-10-2022, 13:18

    Beynəlxalq Muğam Mərkəzində “Füzuli Füzulidə” adlı ədəbi-bədii gecə təşkil edildi


    2020-ci il oktyabrın 17-də Vətən müharibəsində bir-birindən parlaq səhifələr yazan Azərbaycan Milli Ordusunun əsgərləri uğurlu əməliyyat nəticəsində Füzuli şəhərini və rayonun bir neçə kəndini düşmən işğalından azad etdilər. Tarixi ədalətin bərpa olunması, 28 ildən sonra sakinlərin öz doğma yurd-yuvalarına qayıdışı çox böyük ruh yüksəkliyi və sevinclə qarşılandı.
    Beynəlxalq Muğam Mərkəzində “Füzuli Füzulidə” adlı ədəbi-bədii gecə Füzuli rayonunun işğaldan azad olunmasına həsr olundu.
    Torpaqlarımızına azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra monitorda Prezident, Ali Baş Komandan İlham Əliyevin həmin gün xalqa müraciəti səsləndirildi.
    Tədbirdə ehtiyatda olan polkovnik Şair Ramaldanov, Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyi Baş İdarəsinin sədri Tahir Məmmədov, tibb üzrə fəlsəfə doktoru Rafiq Yusifli, yazıçı-dramaturq Seyran Səxavət, şair Vaqif Bəhmənli və başqaları Vətən müharibəsi günlərində Milli Ordu döyüşçülərinin qəhrəmanlığı, xalqımızın göstərdiyi möhtəşəm birlik nümunəsi, rayon ərazisində erməni quldur birləşmələrinin törətdiyi vandalizm hərəkətləri barədə danışdılar. Füzuli rayonu ərazisində gedən sürətli bərpa-quruculuq işləri haqqında geniş məlumat diqqətə çatdırıldı və tezliklə doğma yurda qayıtmaq arzuları səsləndirildi.
    Əlamətdar tarixə həsr olunan gecədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı aktyorları Xalq artisti Kazım Abdullayev və Əməkdar artist Məsmə Aslanqızının ifasında yazıçı İlyas Əfəndiyevin “Qarabağnamə” tamaşasından bir hissə nümayiş olundu. Əməkdar artistlər Cahangir Qurbanov, Nizami Abdullayev, müğənnilər Təşkilat Nəsirov, Nadir Bayramlı, Eldəniz Məmmədov , gitara ifaçısı Rəhman Məmmədli və başqaları vətən və qəhrəmanlıq haqqında musiqilər təqdim etdilər.
    Tədbirin sonunda iştirakçılar adından Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubu ünvanlandı.
    Qeyd edək ki, BMM fəaliyyətində vətənpərvərlik mövzulu tədbirlərə geniş yer ayırır. Belə ki, mərkəzdə mütəmadi olaraq şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbirlər, vətənpərvərlik ruhunda ədəbi-bədii gecələr həmçinin mədəniyyət və ədəbiyyatla məşğul olan qazilərimizin yaradıcılıqlarını nümayiş etdirmək üçün layihələrə dəstək verilir.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR