AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Test və müsahibə mərhələlərindən ibarət olan müsabiqə əsasında kitabxanalara işə qəbul keçirilir

  • + A
  • - A
  • 29-11-2022, 13:27

    Test və müsahibə mərhələlərindən ibarət olan müsabiqə əsasında kitabxanalara işə qəbul keçirilir

    Kitabxana işi üzrə aparılan islahatlar çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemində olan kitabxanalarda peşəkar insan resurslarının formalaşdırılması və əmək bazarında şəffaf rəqabətin yaradılması məqsədilə həmin müəssisələr üzrə vakant vəzifələrin tutulmasının müsabiqə əsasında həyata keçirilməsi qərara alınmışdır.

    Test və müsahibə mərhələlərindən ibarət olan müsabiqə əsasında Nazirliyin sistemində olan kitabxanalara işə qəbul zamanı “Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na uyğun olaraq hər bir vəzifənin əmək funksiyalarına dair müəyyən edilmiş normativlər üzrə həmin vəzifəyə iddia edən şəxslərin bilik səviyyəsinin və peşə hazırlığının, o cümlədən məntiqi təfəkkürünün və dünyagörüşünün yoxlanılması həyata keçiriləcəkdir.

    Nazirliyin sistemində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması məqsədilə cari ilin 28 noyabr tarixində Azərbaycan Milli Kitabxanasında təşkil olunan imtahanda qeydiyyatdan keçmiş 357 namizəddən 319 nəfəri iştirak etmişdir.

    Test imtahanın nəticələri 2 dekabr 2022-ci il tarixində namizdələrin iş nömrəsi və topladığı bal qeyd olunmaqla Nazirliyin rəsmi saytında elan olunacaq, eyni zamanda nəticələr və müsahibə barədə məlumatlar namizədlərin əlaqə vasitələrinə göndəriləcəkdir.

    Məlumat üçün bildiririk ki, keçirilən test imtahanı üçün tərtib olunmuş sual kitabçası kitabxana işinə dair normativ hüquqi aktlar əsasında hazırlanmış 50 sualı özündə ehtiva edib.

    Namizədlər Bakı şəhərində fəaliyyət göstərən kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün 70% (35 düzgün cavab), Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə fəaliyyət göstərən kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün 60% (30 düzgün cavab) və digər inzibati ərazi vahidlərində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün 50% (25 düzgün cavab) müsbət nəticə əldə etməlidirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR