AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Film izlə, kitab qazan – “Park Cinema”dan Sevgililər gününə kampaniya

  • + A
  • - A
  • 14-02-2023, 20:00

    Film izlə, kitab qazan – “Park Cinema”dan Sevgililər gününə kampaniya

    14 fevral Sevgililər Günü olmaqla yanaşı, həm də Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd olunur. Bu gün münasibətilə “Park Cinema” kinoteatrlar şəbəkəsində film izləyənlərə “Libraff”-dan kitab hədiyyə olunur.
    Yalnız 14 fevral tarixində ˝Park Cinema˝da «premium seats» biletlərini əldə edənlərə, LIBRAFF-dan kitab hədiyyəsi gözləyir, LIBRAFF ˝Park Akdemiya˝ və ˝Gənclik Mall˝ filiallarında isə istənilən nominalda hədiyyə kartı əldə edənlərə ˝Park Cinema˝dan iki ədəd kino bileti hədiyyə olunacaq!
    Kampaniya “Park Cinema”-nın Park Bulvar və Alov Qüllələri kinoteatrlarında keçərlidir.

    Qeyd edək ki, həmçinin kinoteatrın bütün filiallarında 14 fevral günü biletlər cəmi 4 AZN-dır.
    Bilet əldə etmək istəyənlər Park Cinema’nın Park Bulvar, Metro Park, Alov Qüllələri, Aygün Mall və Zagulba Mall kinoteatrlarına yaxınlaşa və ya www.parkcinema.az saytına keçid edə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR