AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tarixi həqiqəti təhrif edib siyasi manipulyasiya xidmət edən “soyqırımı” - Deputat

  • + A
  • - A
  • 28-04-2021, 20:00


    İqbal Məmmədov
    Milli Məclisin deputatı


    Dünya tarixinə utanc gətirən ABŞ prezidenti Cozef Baydenin tarixdə olmayan, uydurulmuş “erməni soyqırımı” söyləməklə tarixi həqiqətləri dabnmaqla yanaşı, amerikalıların fəxrlə danışdığı ədalət və demokratik dəyərlər prinsipini dəfn etmiş oldu. Tarixi həqiqəti ifadə etməyən belə bir ifadənin işlədilməsi bir daha  uydurma erməni soyqırım məsələnin siyasi manipulyasiya xarakteri daşıdığını ortaya qoydu. Əgər Bayden doğrudan da tarixi həqiqətin üzə çıxmasını istəyirsə, ən azından hələ ötən əsrin əvvəlində ABŞ prezidenti Vilsonun bu məsələ ilə bağlı yaratdığı missiya və onun nəticələrinə diqqət yetirərdi.

    ABŞ-ın bu məsələdə sərgilədiyi mövqeyin tarixinə nəzər salsaq, o zaman bunun kökünün 1918-ci ilə gedib çıxdığını görərik. Belə ki, Birinci Dünya müharibəsindən sonra  1920-ci ildə ABŞ prezidenti Vilson erməni “soyqırım”ı ilə bağlı siyasi qərar vermək istəyir, ancaq əlində əsas olmur. Amerika prezidenti Vilson Türkiyəni dünya ictimaiyyətinin nəzərindən salmaq və ermənilərin çirkin  istəyini reallaşdırıb özlərinin siyasi qərarlarını gerçəkləşdirmək üçün  general Harbordun rəhbərliyi altında  bir missiya təşkil edərək Anadoluya göndərilir.  General Harbordun rəhbərliyi altında fəaliyyətə başlayan missiya Harbord missiyası kimi tarixə daxil olub. İstədikləri nəticəni əldə edə bilmək üçün qəbirdən ölən insanları çıxararaq yoxlayırlar. Amma missiya üzvləri onlara verilən tapşırığa  uyğun nəticə ilə qarşılaşa bilmirlər.  Məlum  olur ki, ölənlər ermənilər deyil, əksinə, ermənilərin öldürdükləri Türklərdir. Ona görə də Harbord missiyasının verdiyi qərar heç bir sübut olmadığı üçün tarixin arxivinə atılır. 

    ABŞ arxivi araşdırılarsa  və o zaman Harbord misisiyasının sənədləri, həmçinin  Birləşmiş Ştatların o zaman İstanbuldakı nümayəndəsi olmuş Mark Lambert Bristolun sənədlərinə üzə çıxarsa,   o zaman Türkiyə bəraət alar və bundan siyasi qərar kimi istifadə edənlər ifşa olunar. 

    Bəli, tarix sübut edir ki, 1915-ci ildə soyqırım hadisəsi baş verib. Amma bu soyqırım ermənilərə qarşı deyil, Türklərə qarşı törədilib.  Bax, bu səbəbdən də həmin sənəd təəssüflər olsun ki,  məxfi sənədlər kimi gizlədilir. Odur ki, Baydenin tarixi təhrif edərək  belə bir ifadə işlətməsi ancaq siyasi məqsədlərə xidmət edir.  Onun hətta öz sələflərinin məsələ ilə bağlı araşdırmasına diqqət yetirməməsi və görməməzlikdən gəlməsi, burada tamam başqa niyyətlərin olduğunu göstərir. 

    Hələ ötən əsrin 20-ci illərində İtaliyanın baş naziri Francesko Nikkonun Türkiyə ilə bağlı belə bir ifadə işlədərək  deyib ki, Avropa ölkələri nə zaman Türkiyədən nəsə qoparmaq və yaxud nəyisə vermək istəməyəndə,   təzyiq metodu kimi uydurma erməni soyqırımı yada düşür. Bu eyni ilə Amerikaya da aiddir.  Bax, bu gün də həmin düşüncə tərzi ABŞ-da hökm sürməkdədir. Əsas məsələ də ondan ibarətdir ki, Türkiyə ABŞ-ın NATO-da müttəfiqi olsa da müstəqil  siyasət yürüdür, dünyada baş verən proseslərə öz müstəqil baxışı var. Dünyanın hansı bölgəsində olmasından  asılı olmayaraq  proseslərə  Qərb dünyasından və  dünyanın digər aparıcı ölkələrindən fərqli olaraq hər zaman ədalətli mövqe sərgiləyir. Bu özünün son illərdə Yaxın Şərqdə, Qarabağ məsələsində özünu açıq formada biruzə verdi.  Məhz Türkiyənin ədalətli mövqe sərgiləməsi və beynəlxalq hüququn icra  olunmasına dəstək verməsi nəticəsində 30 ilə yaxın davam edən Qarabağ münaqişəsi həll olundu. Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

    Təbii ki, Türkiyənin belə bir mövqe sərgiləməsi isə başda ABŞ olmaqla  Qərb dünyasını və dünyanın digər aparıcı ölkələrini ciddi narahat etməkdədir. Odur ki, hər vasitə ilə Türkiyəyə təzyiq edib, onu geri otuzdurmağa çalışırlar. Amma artıq Türkiyə  20 il bundan öncənin Türkiyəsi deyil. Ötən müddət ərzində  dünya ölkələrinin  istəyindən asılı olmayaraq bir gücə çevrilib və dünya onunla hesablaşmaq  zorundadır. Artıq türkiyə ilə təzyiq dilində danışmaq gecdir və bu nəticə verməyəcək.

    Azərbaycan da hər zaman Türkiyənin yanında olub və bundan sonra da yanında olacaq. Kimsə Türk millətinin etmədiyini ona qəbul etdirə bilməz. Cənab Prezidentin söylədiyi kimi, Türkiyəyə qarşı edilən hər hansı hərəkət Azərbaycana, Azərbaycana qarşı edilən Türkiyəyə qarşıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR